2007
| Təkmilləşdirilmiş “İqtisadiyyat” dərsliyini təqdim edirik |
![]() |
| Dərc olunub: Apr 10 2008 |
| 2007 >> |
2007-ci ilin sentyabrında JA Azərbaycan yeni “İqtisadiyyat” dərsliyi nəşr etdirdi. Təkmilləşdirilmiş dərslik “Məktəblərdə iqtisadiyyatın tədrisi” və “Məktəblərdə biznesin və iqtisadiyyatın tədrisi” proqramları üçün 2007-ci ildə seçilmiş məktəblərdə istifadə olunacaq. Dərsliyin yeniləşməsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılan qrant sayəsində mümkün olmuşdur. “İqtisadiyyat” kitabının nəşri və ölkənin on iki bölgəsində 65 orta məktəbə paylanılması USAİD, British Petroleum və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdirilmişdir. Ümumdünya Junior Achievement təşkilatının “İqtisadiyyat” dərsliyi əsasında işlənilmiş yeni tədris kursu Azərbaycanın və beynəlxalq iqtisadiyyatın hazırkı vəziyyətini əks etdirir, güclü elmi əsaslara arxalanır və fakultativ məşğələlər təqdim edir. Dərsliyin məzmunu çoxsaylı tarixi nümunələri daxil edir, müxtəlif iqtisadi nəzəriyyə və sistemləri şərh edir, iqtisadi siyasətlərə izahat verir və şagirdləri digər ölkələrin iqtisadi modellərilə, eləcə də dünyanın məşhur iqtisadiyyatçıları ilə tanış edir.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |