2007
| AMIT şagirdləri biznesdə həqiqi təcrübə əldə edirlər |
![]() |
| Dərc olunub: Apr 10 2008 |
| 2007 >> |
Hər il “Məktəblərdə iqtisadiyyatın tədrisi” proqramının ən uğurlu şagirdləri JAA tərəfdaş şirkətlərində praktika keçmək imkanı əldə edirlər. 2007-ci ilin iyul ayından sentyabra kimi “Məktəbli Şirkətlər”, “Qlobal Biznes Etika” layihələrinin, iqitsadiyyat və menecment üzrə milli olimpiadanın qalibləri Statoil Azərbaycan, McDermott Caspian Contractors, Exxon Azərbaycan, AIG və KCA Deutag şirkətlərinin biznes mütəxəssisləri ilə birlikdə çalışaraq, biznes aləmində hansı imkanların mövcud olduğunu öyrənirdilər. Praktiki təcrübənin müddəti bir həftədən iki aya qədər davam etmişdir.
AMİT proqramına 2006-cı ildə qoşulan Bakının 95 saylı məktəbinin şagirdi Cavid Vəliyev, “Məktəbli şirkətlər” layihəsində üçüncü yeri tutaraq, yay praktikası proqramında iştiraka müraciət etmişdir. Neft sahəsinə olan marağı Cavidin Exxon Azərbaycan şirkətində təcrübə keçmək seçilməsinə kömək etdi. “Məktəbi bitirərkən şagirdlər üçün bir çox imkankanlar yaranır, lakin bilik və bacarıqlarının istifadə ediləcək sahəni seçmək hərdən çətin olur“, - Cavid söyləyir. Praktikası zamanı Cavid inzibati şöbənin işinə kömək edir, şirkətin Azərbaycandakı əməliyyatı barədə öyrənir, korporativ etika, mühasibat, sənədləşmə, hesabat işləri, kadrlar və ictimaiyyətlə əlaqələr şöbələrinin işi ilə yaxından tanış olurdu. Çalışdığı hər günün sonunda şirkətin məlumat bazasını inzibati hesabatları daxil etməklə yeniləşdirirdi. Cavidin Exxon Mobil-dəki mentoru Aygün Tanrıverdiyevanın sözü ilə “Cavid biznesdə potensial tərəfdaşlarla əlaqələrin necə qurulması ilə maraqlanırdı. O, biznes açmaq üçün hansı biliklərin zəruri olmasını öyrənməyə şövq gostərirdi”.
“Azərbaycanda neft sektoru durmadan inkişaf edir, istehsal artır və bununla bağlı yeni biznes imkanları araya çıxır”, - Cavid izah edir. ”Mən şadam ki, Exxon Azərbaycan kimi şirkətdə praktika keçmək şansı qazandım, bu təcrübə mənim üçün olduqca mühüm idi”. 2005-ci ildən başlayaraq, AMİT proqramı, yerli və beynəlxalq biznes şirkətlərində 23 şagirdi peşəkar təcrübə ilə təmin etmişdir. Bu təşəbbüs şagirdlərə karyera seçimində kömək edir və onlara iqtisadiyyat şagirdindən biznes mütəxəssisi olmaq istiqamətində addım atmağa yardım edir. Junior Achievement Azərbaycan iqtisadiyyat şagirdlərinə karyera barədə öyrənmək üçün əvəzedilməz imkan yaratmağa və təcrübəçilərlə işləməyə yeni şirkətləri dəvət edir.
Geri- Xəbərlər arxivi 2008
- Xəbərlər arxivi 2007
- Xəbərlər arxivi 2006
- Xəbərlər arxivi 2005 |